AZ

Məşhur yazıçı oxucularını təəccübləndirib

Məşhur

Dünya şöhrətli Amerika yazıçısı, əsərləri dəfələrlə ekranlaşdırılan Stiven Kinqin açıqlaması oxucularını təəccübləndirib. Yazıçı ona ünvanlanan suala cavabında deyib ki, yeganə bir filmdən razıdır, çünki bu ekran əsərinin romanına uyğunlaşması hətta onun kitabından da üstündür.

Reyting.az
-ın "Starte Facts"-a istinadla verdiyi məlumata görə, şöhrətin zirvəsində olan, nadir hallarda əsərləri bəyənən və təqdir edən, Hollivudun çevrəsində "Dəhşət Kralı” kimi tanınmış məhşur yazıçı Stiven Kinq etiraf edib ki, onun əsərinin orijinallığı toxunulmaz qalıb. Yəni mətnə peşəkarlıqla tam uyğunlaşma rejissorun öz sənətində çox mahir olduğunu sübut edib.

S. Kinq qeyd edib ki, əslində müəllifi olduğu əsərlər əsasında çəkilən pis film yoxdur və onların hamısı tamaşaçılar tərəfindən maraqla baxılıb.

Yazıçının sözlərinə görə, onun oxunaqlı əsərləri arasında tək birinin ən yaxşı və orijinal ekran təqdimatı olub ki, bu da tanınmış amerikalı rejissor Brayan De Palmanın uğurudur. Kinqinin fikrincə, məhz Palmanın bu işi onu heyrətləndirib.

Kinq deyib ki, Palmanın 1976-cı ildə ekranlaşdırdığı "Kerri" filmi hətta müəllifin öz əsərindən, həmin məhşur romanından qat-qat yaxşı alınıb.

Yazıçı deyib: "Bu filmin, yəni "Kerri"-nin remeyki barədə səs-küyü çox eşitmişəm. Orijinal bu qədər yaxşı olduğu halda niyə onu yenidən düzəldim? Əla alınıb. Məncə, çox yaxşı alınmışdı, çünki mən dəfələrlə demişəm ki, “Kasablanka” və yaxud buna bənzər bir şey nəzərdə tutmuram. Amma kitabdan daha yaxşı, gərginlikli və həqiqətən də əla bir qorxu filmi idi. Yenə həmin fikirdəyəm ki, o film həqiqətən də mənim romanımdan yaxşıdır”.

Məşhur yazıçı əlavə edib ki, filmin üstünlüyünün həm də bir şərti “Kitabdan daha çevik” olmasıdır.

Qeyd edək ki, "Kerri" filmi kiçik bir əyalət şəhərində hər kəs tərəfindən təhqir olunan sadə bir qız haqqındadır. O köhnə paltar geyinir, heç vaxt yaşıdları ilə görüşmür. Dindar olan anası da sinif yoldaşları kimi onu bezdirir. Bu vəziyyətlə qızın xarakteri dəyişir, uzun müddətdən sonra onda kin və qəzəb toplanır, özündə telekinezi qabiliyyətini kəşf edənə qədər. Və o zamana qədər ki, onun qarşısındakı günahkarlar bütün cinayətlərini anlayıb onun kim olduğunu biləcəklər. Beləliklə, bütün şəhər Kerrinin üzləşdiyi dəhşətli alçaqlığın əvəzini ödəməli olur.

Kinqin romanı əsasında və Palmanın rejissorluğu ilə ekran həyatı almış "Kerri" filmi süjet xəttinə görə yetmişinci illərdə ən yaxşı və qorxulu filmlər sırasında yer alıb.

Oqtay QORÇU
Reyting.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24083
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13466
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11232
Helikopter qəzası ilə bağlı yeni xəbər
7340
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5761
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5569
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5343
Rəisi öldü, Pakistanda matəm elan edildi
5101
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3963
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3775
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3668
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3532
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3208
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3089
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2782
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2546