Ali Hərbi Məktəbin sabiq rəisi, general-mayor İlqar Məmmədov yenidən vəzifəyə gətirilib.
“Faktmedia”nın əldə etdiyi məlumata görə, İ.Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun hərbi məsələlər üzrə müşaviri təyin edilib.
Qeyd edək ki, İ.Məmmədov ötən ilin sentyabr ayında Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsindən azad edilmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta