AZ

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Türkiyə-Azərbaycan

İstanbul, 3 may, Günel Karatepe, AZƏRTAC

Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ilində Türkiyənin Orta Doğu Texniki, İstanbul Texniki və Hacettepe universitetlərinə tələbə qəbuluna başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri professor Erol Özvar bildirib. İki ölkənin ortaq universitetinin yaradılmasının Azərbaycan və Türkiyə prezidentlərinin rəhbərliyi ilə reallaşdığını vurğulayan E.Özvar deyib: “Hər iki prezidentin ortaq iradəsinə uyğun olaraq, Türkiyənin Ali Təhsil Şurası ilə Azərbaycanın Elm və Təhsil Nazirliyi arasında aparılan danışıqlar müsbət nəticə verdi və Bakıda universitetin yaradılması ilə bağlı razılıq əldə olundu. Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq".

Bunun dünyada yeni ali təhsil modeli çərçivəsində həyata keçiriləcəyinə diqqət çəkən E.Özvar Bakıda qurulan universitet daxilində Türkiyənin Orta Doğu Texniki, İstanbul Texniki və Hacettepe kimi qabaqcıl ali təhsil müəssisələrinin proqramlarını açacaqlarını bildirib. O deyib: “Bu üç universitetin kompüter, sənaye və qida mühəndisliyi proqramları Türkiyə-Azərbaycan Universitetinin çətiri altında tələbə qəbuluna başlayacaq. Bu universitetlər “Baku Campus” adı altında öz diplomlarını verə biləcəklər. Türkiyə-Azərbaycan Universitetinin çətiri altında bu proqramları uğurla başa vuran tələbələr müvafiq universitetlərimizin diplomlarını alacaqlar. Tələbələrin qəbulu isə bu ali təhsil müəssisələrinin mövcud qaydaları əsasında həyata keçiriləcək”.

Bu modelin beynəlxalq müqavilələrlə qurulan digər universitet modellərindən bəzi hallarda fərqləndiyinə diqqət çəkən E.Özvar bildirib ki, Türkiyə bununla yeni ali təhsil müəssisəsi qurmaqdansa, artıq uzun illərdir elm-təhsil, elmi araşdırma fəaliyyətlərini davam etdirən və bu sahədə özünü doğrultmuş universitetlərinin proqramlarını ölkədən kənarda açacaq.

YÖK sədri Türkiyə-Azərbaycan Universitetinin bənzər modelinin digər ölkələrdə də qurulması istiqamətində danışıqların aparıldığını, böyük ehtimalla Azərbaycanda sonra Özbəkistanla da bu istiqamətdə birgə fəaliyyətə başlayacaqlarını deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
22510
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12342
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
7337
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5500
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5399
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3868
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3502
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3339
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3184
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2964
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2916
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2694
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2499
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2409
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2045
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2019