AZ

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

II Liqada çıxış edən “Şahdağ Qusar” klubunun hücumçusu Tural Qürbətovun futbolinfo.az saytına müsahibəsi

– Söhbətə son turda “Füzuli” ilə keçirdiyiniz oyundan (3:3) başlayaq. Rəqib də sizin kimi liderlər qrupunda qərarlaşıb. Oyun ərzində 2 dəfə hesabda öndə olsanız da, üstünlüyünüzü qoruya bilmədiniz. Bunu nə ilə izah edərdiniz?

– Bəli, bizim üçün bu görüş ən vacib oyunlardan biri idi. Qalib gələcəyimiz təqdirdə, 2-ci yerə yüksələcəkdik. Düzdür, hələ heç nə bitməyib. Sadəcə, işimizi haradasa şansa saxladıq. Əslində, “Füzuli” ilə qarşılaşmada yaxşı oyun göstərdik, meydanda can qoyduq. Amma kiçik səhvlərdən qollar buraxdıq. Bir də hakim bizi çox sıxdı, bu da nəticəyə təsir etdi.

– Növbəti turda autsayderlər qrupunda qərarlaşan “Şəfa” ilə oynayacaqsınız. Rəqib son turda “Dinamo”nu məğlub edib. Sizcə, bu matçda rahat qələbə qazana biləcəksiniz?

– Asan oyun keçəcəyini, ümumiyyətlə, çempionatda rahat matç olduğunu düşünmürəm. Hansısa görüşə rahat çıxsaq, problem yaşaya bilərik. Hər bir oyuna yaxşı hazırlaşmalıyıq. “Şəfa” ilə qarşılaşmada mütləq qalib gəlməliyik.

– Mövsümün bitməsinə cəmi 3 tur qalıb. Bunaqədərki çıxışınızı necə qiymətləndirirsiniz? 4-cü pillədə olmaq sizi qane edir?

– Şəxsən məni 4-cü yer qane etmir. Çünki bir çox insan bilir ki, komandamız güclüdür. Sadəcə, uğursuz oyunlarımız oldu, heç nədən xallar itirdik. Bu səbəbdən hazırda turnir cədvəlində 4-cü yerdəyik.

– Son 3 turda hədəfiniz nə olacaq?

– Mövsümün son 3 oyununa ancaq və ancaq qələbə üçün çıxacağıq. Sezonu ən pis halda 3-cü pillədə bitirməliyik.

– Hazırda 28 qolla bombardirlər cədvəlinə başçılıq edirsiniz. Bu qədər qol vuracağınızı gözləyirdiniz? Hədəfiniz mövsümü neçə qolla bitirməkdir?

– Çempionatından əvvəlindən bu fikri səsləndirirəm ki, mənim işim qol vurub “Şahdağ Qusar”a kömək etməkdir. Qismətimdə varsa, mövsümün bombardiri olaram. Bu da mənim üçün uğur və sevinc deməkdir.

– II Liqada özünüzü yaxşı tərəfdən göstərə bildiniz. Yuxarı liqa klublarından sizinlə maraqlanan varmı?

– Hələ heç bir təklifim yoxdur. Açığı, Premyer Liqa iştirakçılarının II Liqada oynayan futbolçularla maraqlanacağına inanmıram. I Liqadan da hələ təklif almamışam.

FƏRİD

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla