AZ

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" tərəfindən "Yeni üfüqlər, böyük fürsətlər” tədbiri keçirilib. Mərkəzin "Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində baş tutan tədbirində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyə Cümhuriyyətinin Bilişim Vadisinin direktoru Erkam Tüzgen, layihənin mentorları, startap komandaları, müxtəlif dövlət, özəl qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər. "Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində görülmüş işlərə, hazırkı gedişata dair təqdimat edilib. Sonra startap layihələrinin tanıdılması, investorların cəlb edilməsi məqsədilə ASAN TV vasitəsilə yayımlanacaq verilişə dair videoçarx, eyni zamanda "Bilişim Vadisi" ilə birgə həyata keçirilən 6 aylıq inkubasiya proqramının təqdimatı nümayiş olunub. İlkin mərhələdə inkubasiya proqramı üçün qeydiyyatdan keçmiş 47 komandadan 30 komanda seçilib. İkinci mərhələdə "İnnovasiyalar Mərkəzi” və "Bilişim Vadisi” tərəfindən təyin olunmuş hakim heyətinin qiymətləndirməsinə əsasən 10 komanda 6 aylıq inkubasiya proqramında iştirak hüququ qazanıb. ​​"Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyaların inkişafı üçün tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsi əsas hədəflərdir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə "Mentorluq proqramı”nı və mentorların iştirakı ilə tələbələrin öz ideyalarından startaplar formalaşdırmaları üzrə iki "İnkubasiya proqramı”nı əhatə edib. ​​Ümumilikdə layihəyə 2000-dən çox tələbənin 181 startap ideyası təqdim olunub. Bu çərçivədə universitetlərdə mentor kimi hazırlanmış 130-dan çox müəllimin dəstəyi ilə 98 startap komandası formalaşdırılıb. Layihənin rəsmi bağlanış tədbirində ümumi inkubasiya proqramlarının yekunu olaraq formalaşdırılan 19 startap komandası layihələrini təqdim edib və münsiflər heyəti tərəfindən qiymətləndirilən 3 komanda müvafiq olaraq mükafatlandırılıb.
 





 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24184
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13545
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11515
Helikopter qəzası ilə bağlı yeni xəbər
7835
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5774
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5718
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5590
Rəisi öldü, Pakistanda matəm elan edildi
5364
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3999
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3803
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3693
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3553
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3324
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3119
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2786
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2556