AZ

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb.
 
Moderator.az xəbər verir ki, Fərmana əsasən, dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələrinə daxil olan sektorlar üzrə strateji planların, habelə bu planlar əsasında həmin sektorların ortamüddətli (növbəti il və sonrakı üç il üçün) xərclər çərçivəsinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na uyğun olaraq hazırlanması və aidiyyəti üzrə təqdim olunması işi davam etdirilməlidir.
 
Növbəti ortamüddətli dövr (2025 – 2028-ci illər) ərzində dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Səhiyyə”, “Sosial müdafiə və sosial təminat”, “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölmələrinə daxil olan sektorlar ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb ediləcək.
 
Nazirlər Kabinetinə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan sektorlarda yeni büdcə mexanizminin tətbiqi və potensialın artırılması istiqamətində zəruri tədbirlər həyata keçirməsi, sektorlar üzrə strateji planların hazırlanması qaydasını, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, 5 ay müddətində təsdiq edib Prezidentə məlumat verilməsi, eləcə də Fərmandan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24590
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13981
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12597
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9704
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6746
Rəisi öldü, Pakistanda matəm elan edildi
6362
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5870
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5649
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
5402
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4131
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4110
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3936
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3720
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3583
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3220
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2852
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797