Yeni Klinikanın Neonatologiya şöbəsinin müdiri Uzm.Dr. Əkbər Quliyevin təşkilatçılığı ilə keçirilən tədbirdə pediatriya üzrə müxtəlif ixtisaslardan olan mütəxəssis həkimlər iştirak edib.
Medicalmedia.az xəbər verir ki, tədbir zamanı Yeni Klinikanın həkim-pediatrları tərəfindən diaqnostikası və müalicəsi çətin olan bir neçə nadir xəstələr haqqında çıxışlar təqdim olunub.
Peşəkar həkimlərin çıxışlarının dinlənildiyi tədbir geniş müzakirə və sual-cavab sessiyası ilə yekunlaşıb.