AZ

Yazda niyə çox xəstələnirik?-Həkim danışdı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Qışdan yaza keçidlə əlaqədar bir sıra xəstəliklər aktivləşir. 

Bu fəsildə bir çox mövsümi xəstəliklər - qrip, mədə-bağırsaq, allergiya kimi xəstəliklər daha çox özünü göstərir. 

Terapevt Rasif Bağırov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu xəstəliklər mövsümidir və müalicə sayəsində sağalmaq çətin deyil:

"Yaz xəstəlikləri, allergiya, mədə-bağırsaq xəstəlikləri bu dönəmlərdə çox yayılıb.

Allergik xəstəliyin səbəbi məlumdursa, ondan qorunmaq çox asandır. Bu dönəmlərdə hansısa çiçəyə, çiçəyin tozuna qarşı allergiya ola bilər. Bunlara qarşı həssaslığı olan şəxs özünü qoruya bilər. Əgər allergik xəstə öz xəstəliyinin səbəbini bilirsə, xoşbəxtdir. Çünki yaranma səbəbini bilir, problemin qarşısının alınmasına çalışır. Amma səbəbi məlum olmayan allergiya daha təhlükəlidir. Bu zaman isə mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Onun orqanizminə uyğun olaraq da müəyyən müalicələr məsləhət görülür. Həmçinin, bu dönəmdə göz qaşıntılar, gözdə sulanmalar çoxalır. Eyni zamanda, digər xəstəliklər də fəsil dəyişiklikliyi ilə əlaqədar olaraq baş qaldırır. Amma adından da göründüyü kimi bunlar mövsümidir və üstəsindən gəlmək, müalicəylə sağalmaq mümkündür".

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla