AZ

Ermənistanın dövlət büdcəsi kəsirlə icra edilib

Ermənistanın

2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 525 milyard dram, icra əmsalı 93,2 faiz təşkil edib.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan Maliyyə Nazirliyi bildirib.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 8,6 faiz və ya təxminən 41,4 milyard dram artıb. Büdcə xərcləri isə 525,9 milyard dram və ya 82,5 faiz təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xərclər 24,4 faiz və ya 103,2 milyard dram artıb.

2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsi ötən ilin eyni dövründə nəzərdə tutulan 74,4 milyard dram kəsir və 60,9 milyard dram profisitlə müqayisədə 868,6 milyon dram (2,2 milyon dollardan çox ) kəsirlə icra edilib.

V. QULİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla