AZ

Komitə sədri GMİ sədri ilə görüşüb

Komitə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov mayın 3-də Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) rəhbəri Faiq Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Azərbaycanla Gürcüstan arasındakı tarixi dostluq əlaqələrinə toxunan DQİDK sədri iki dövlət arasındakı münasibətlərin daha da inkişaf edərək yeni mərhələyə yüksəldiyini bildirib. Ölkəmizdəki sağlam dini mühitin, multikultural birgəyaşayış təcrübəmizin önəmi barədə danışan Dövlət Komitəsinin sədri bu dəyərlərin qorunub saxlanılması və möhkəmləndirilməsi, eyni zamanda əldə edilən nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliğinin vacibliyini vurğulayıb.

Ramin Məmmədov Gürcüstanda yaşayan soydaşlarımızın milli və dini kimlikləri, eləcə də islami dəyərlərinin qorunması, yaşadılması, habelə bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirmələrinin əhəmiyyətinə diqqət çəkib.

Səmimi qəbula görə təşəkkürünü bildirən qonaqlar BGMİ-nin fəaliyyət istiqamətləri, eləcə də Gürcüstanın dini-mənəvi mühiti barədə məlumat veriblər. Azərbaycanın müvafiq sahədə fəaliyyət göstərən bütün qurumları ilə əməkdaşlıq və əlaqələrin daha da güclənəciyinə əminliklərini ifadə ediblər.

Qeyd edək ki, nümayəndə heyəti Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfər edib.

Cavid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
2
xalqcebhesi.az

3Mənbələr

Şərh ()
Bağla