AZ

SOCAR Qarabağ və Şərqi Zəngəzurda bu işləri görəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“SOCAR-ın dekarbonizasiya proqramı 2050-ci ilə qədər emissiyaları “Xalis sıfır”a çatdırmağı hədəfləyir”.

News365.az xəbər verir ki, bunu SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusundakı forumun “Yaşıl dünya naminə həmrəylik ilində media gündəmi” panel sessiyasında deyib.

O qeyd edib ki, SOCAR-ın fəaliyyət göstərdiyi əsas coğrafiyalarda əməliyyatların tammiqyaslı dekarbonizasiyası proqramına artıq başlanılıb:

“SOCAR yeni bizneslər yaratmaq niyyətindədir. Həmçinin SOCAR aparıcı qlobal şirkətlərlə birgə Azərbaycanda həyata keçirilən irimiqyasli bərpaolunan enerji ve "yaşıl" hidrogen layihələrində iştirak edir. Bərpa olunan enerji layihələrindən əlavə, SOCAR Qarabağ və Şərqi Zəngəzur regionlarının karbon neytrallığı zonasına çevrilməsi prosesində iştirak edəcək. COP-29-un Azərbaycanda keçirilməsi olduqca yaxşı hadisədir. SOCAR yaşıl enerji ilə yanaşı öz işlərinə də davam edir. Karbonun tutulub saxlanması üçün SOCAR bir çox şirkətlərlə danışıqlar aparır. Şirkətin fəaliyyət və strukturunda qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün müəyyən dəyişikliklər nəzərdə tutulub. Bunlara dekarbonizasiya və bizneslərin inkişaf etdirilməsinə yönəlmiş yeni prosedurlar, həmçinin vahidlər daxildir”.


Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla