Dortmund “Borussiya”sının əfsanəvi futbolçusu mövsümün sonunda komandadan ayrılacaq.
Bu barədə jurnalist Fabritsio Romano “Instagram” sosial şəbəkəsində xəbər verib.
Onun sözlərinə görə, “sarı-qaralar”ın 34 yaşlı yarımmüdafiəçisi Marko Roys mövsüm sonunda komandadan ayrılacaq. 12 ildir ki, “Borussiya”nın şərəfini qoruyan futbolçu komanda ilə müqaviləni uzatmayacaq.
Qeyd edək ki, Marko Roys “Borussiya” futbol akademiyasının yetirməsi olub.