AZ

Ukraynada işçi qüvvəsi azalıb

Ukraynada işçi qüvvəsi miqrantların səfərbərliyi və xaricə axını səbəbindən 2021-2023-cü illər arasında 25%-dən çox azalıb.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu haqda Respublika Milli Bankının mətbuat xidməti məlumat yayıb.

“2023-cü ildə 15-70 yaşlı mülki şəxslər arasında işçi qüvvəsi dörddə birdən çox azalıb”, - nəşrdə qeyd edilir.

Maliyyə tənzimləyicisinin fikrincə, bu azalma əsasən əmək miqrantlarının ölkədən xaricə axını, səfərbərlik və demoqrafik itkilərlə bağlıdır.

Milli Bankın proqnozuna görə, böyük ehtimalla işçi çatışmazlığı uzun müddət əhəmiyyətli olaraq qalacaq.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla