AZ

Külək güclənib, bəzi bölgələrə yağış yağıb - FAKTİKİ HAVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Mayın 3-ü saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 22 m/s, Şirvanda 20 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 mertdir.

Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Mingəçevir, Qaxda arabir yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da 17, Aran rayonlarında 26, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

Seçilən
3
28
Mənbələr
Şərh ()
Bağla