AZ

Ermənistan tərəfindən konstruktivlik və siyasi iradə nümayiş etdirilsə, daha çox nəticə əldə etmək mümkündür-Oqtay Qasımov- ÖZƏL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Azərbaycanla Ermənistan arasında hal-hazırda müzakirə olunan məsələ təbii ki, sülh müqaviləsinin mətninin hazırlanmasıdır. Nəzərə alsaq ki, artıq sərhədlərin delimitasiya-demarkasiyası başlayıb, bu proseslər müəyyən ümidlər doğurur". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Digər tərəfdən önəmli olan odur ki, Ermənistan da Azərbaycanın təklifini qəbul edərək tədricən ikitərəfli birbaşa danışıqlar prosesinə qatılır. Məhz bu birbaşa danışıqların nəticəsi kimi artıq müəyyən addımların atıldığını görməkdəyik. 7 dekabr bəyanatına uyğun olaraq hər iki tərəfdən hərbi əsirlər azad edilib. O cümlədən, Ermənistan Azərbaycanın COP29-a evsahibliyi etməsini dəstəklədi. Bu platformalarda bir-birinə dəstək ifadə olundu. Bundan başqa sərhədlərin delimitasiya-demarkasiyası üzrə komissiya işini aktivləşdirdi və 19 aprel razılaşması ilə artıq proses başladı. Təbii ki, bu Ermənistanda müəyyən etirazlar doğurub, revanşist qüvvələr müqavimət göstərməyə çalışır. Amma bütün bunlara baxmayaraq proses bir formada irəliləyir. Bundan sonrakı dönəm təbii ki, vacib faktor sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması istiqamətində olacaqdır. Hər halda Ermənistan tərəfindən konstruktivlik və siyasi iradə nümayiş etdirilsə, daha çox nəticə əldə etmək mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
Mənbələr
Şərh ()
Bağla