AZ

Yeni mafiya dəhşətli cinayətlərini artırır

Yeni

2009-cu ildə qurulan Jalisco Yeni Nəsil Mafiyası (CJNG) hazırda Meksikanın ən təhlükəli və güclü cinayətkar qrupu hesab olunur.

Reyting.az
xəbər verir ki, “El Çapo” 2019-cu ildə həbs edilib ABŞ-a ekstradisiya olunduqdan sonra yeni rəhbərlik altında CJNG 13 milyard funt sterlinqlik narkotik imperiyasına çevrilib və demək olar, bütün Meksikanı ələ keçirərək gücünü artırıb.

Mafiyanın hökmranlığa amansızcasına yüksəlməsi qurbanlarının ürəklərini qoparmaq, bədənlərini turşu çənlərində əritmək və hətta hamilə qadınları hədəfə almaq kimi dəhşətli cəsədləri və qışqırıqları mirası qoyub.

Qeyri-rəsmi məlumatlara görə, CJNG-yə məxsus videoda mafiyanın qatil üzvlərindən biri öz qurbanlarına üz tutaraq “Necə dolanırsınız?”, - deyə soruşur. Çarəsiz adam “Mən günahsızam, pis şeyləri sevmirəm”, - deyərək, cinayətə qarışmadığını bildirib və yerli prokurorluq agentinin qətlinə Qopes və Dientes de Lata adlı şəxslərin sifariş verdiyinə diqqət çəkib. Videonu çəkən şəxsin “Tomas və Peskuezonun Playa del Karmendə olduqlarını müəyyən etdik”,- deməsi ilə səsyazma qan donduran nöqtəyə qədər irəliləyir. Hətta iş o yerə çatıb ki, maskalılardan biri şərikinin göstərdiyi adamın başını kəsir. Qara plastikə bükülmüş cəsədlərin yanında təhdid qeydi yapışdırılıb. Qeyddə mafiya üzvlərinin düşmənlərinə təhdid mesajı yer alıb.

Yerli KİV-in məlumatına görə, sorğu-sual və dəhşətli edam ölkənin Tabasko ştatının Komalkalko şəhərində baş verib.

V. QULİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla