Bu gün səhər saatlarında Yasamal rayonunda azyaşlı qız tapılıb.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Uşağı tapan şəxsin bildirdiyinə görə, o, səhər saat 9-da pijamada, ayaqyalın həyətdə gəzirmiş: “Qonşuların hamısından soruşduq, heç kim tanımadı. Uşaq donurdu, evə gətirib polisə xəbər verdik. Ayaqlarının altı qapqara idi, bilinir ki, çox yol gəlib…”
Yayılan görüntülərlə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, azyaşlının valideynləri tapılıb və o, ailəsinə təhvil verilib.
Mənbə: qafqazinfo.az
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az