AZ

Fransa Hizbullah və İsrail arasında münaqişənin həlli planını təqdim edib

Fransanın şiə qruplaşması Hizbullah ilə İsrail arasında silahlı münaqişəni həll etmək planı üç mərhələdən ibarətdir.

Buraya qoşunların Livan-İsrail sərhədindən çıxarılması, BMT-nin sülhməramlı qüvvələrinin patrul xidməti və iki dövlət arasında yeni quru sərhədinin yaradılması daxildir.

Bu barədə Livanın Əl-Əhbar qəzetiməlumat yayıb.

Qəzetin yazdığına görə, birinci mərhələdə müharibə edən tərəflər hərbi əməliyyatları dayandırmağı və Livan və İsrail sərhədindəki əraziləri patrul etmək üçün BMT sülhməramlı kontingentinin (UNIFIL - Livanda BMT Müvəqqəti Qüvvələri) bölmələrinə müdaxilə etməməyi öhdələrinə götürürlər.

NIFIL qoşunları BMT Təhlükəsizlik Şurasının 425 saylı qətnaməsinə uyğun olaraq Livanın cənubunda yerləşdirilib və 1978-ci ildən oradadır. Onların məqsədi ölkədə sülhü qorumaq və Livan hökumətinə hazırda Hizbullahın nəzarətində olan cənub əraziləri üzərində effektiv nəzarəti bərpa etməkdə kömək etməkdir.

İkinci mərhələ Hizbullahın silahlı qüvvələrini İsrail qoşunları ilə təmas xəttindən 10 kilometr məsafəyə (Mavi xətt) birtərəfli şəkildə geri çəkməsini və bütün hərbi istehkamların sökülməsini əhatə edir. Bunun müqabilində Təl-Əviv Livan ərazisi üzərindən bütün uçuşları dayandırmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq