AZ

"Barselona" Pedrini sata bilər

İspaniya çempionu "Barselona" yay transfer pəncərəsi zamanı Pedrinin satışını müzakirə etməyə hazırdır.

"Operativ Media" xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi 21 yaşlı ispan futbolçu ilə müqavilənin uzadılması ilə bağlı danışıqları dayandırıb. Pedrinin hazırkı müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Pedri 2019-cu ildən "Barselona"da çıxış edir, 138 oyunda 18 qol vurub, 13 məhsuldar ötürmə edib.

Transfermarkt Pedrinin transfer dəyərini 80 milyon avro qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
35
Mənbələr
Şərh ()
Bağla