Filippində 6,0 bal gücündə zəlzələ baş verib.
Bu barədəFilippin Vulkanologiya və Seysmologiya İnstitutunun saytında məlumat verilib .
Zəlzələ yerli vaxtla saat 18:16 radələrində Leyte adasında baş verib. Seysmoloqların məlumatına görə, zəlzələnin mənbəyi 8 km dərinlikdə olub.
Qurum zəlzələdən sonra afterşokların olacağı barədə xəbərdarlıq edib.