AZ

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Ağdam, 3 may, Leyla Muradzadə, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib, 780 min hektar ərazi isə orta və aşağı səviyyədə minalanmış hesab olunur. Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 1,5 milyona yaxın mina yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) İdarə rəisi Ramil Əzizov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” adlı xüsusi sessiyada çıxışı zamanı deyib.

Ramil Əzizov mədəniyyət nümunələrinin minalanması məsələsinə də toxunub. O deyib ki, Ağdam Cümə məscidi, çörək zavodu, eləcə də işğaldan azad edilmiş digər ərazilərdə yerləşən mədəni irs nümunələri minalarla çirkləndirilib. Agentlik qeyd olunmuş yerlərdə minatəmizləmə əməliyyatlarını icra ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla