AZ

Müsəlmanlar ayrı-seçkiliyə məruz qalırlar

Avstraliyadakı müsəlmanlar aprel ayında Sidneydə baş verən hücumlardan sonra müsəlmanlara qarşı ayrı-seçkiliyin gücləndiyini bildiriblər.

"Cebhe.info" xəbər verir ki aprelin 13-də Sidneyin şərqindəki "Westfield Bondi Junction" Ticarət Mərkəzində bıçaqlı hücum nəticəsində 6 nəfər həyatını itirib.

 Avstraliya polisi hadisədən bir neçə gün sonra hücumçu törədən şəxsin onu psixi sağlamlıq problemlərinə görə törətdiyini bildirib.

Digər tərəfdən, polis aprelin 15-də Sidneydəki "Məsih The Good Shepherd" Kilsəsinə ibadət zamanı hücum edən şəxsin sağlamlıq problemlərindən bəhs etməmiş,  hadisədən bir neçə saat sonra "terror hücumu" kimi qiymətləndirmişdi. 

Avstraliya İmamlar Şurasının sədri Şeyx Şadi əl-Süleyman hücumlardan sonra müsəlmanlara qarşı artan ayrı-seçkiliyi ilə bağlı qiymətləndirmələr edib.

Sözügedən iki hücumda eyni cinayətin fərqli şəkildə tərif edildiyini bildirən Süleyman, bu vəziyyəti "ikili standartlar" olaraq xarakterizə etdi.

Səlahiyyətlilərin iki hücuma yanaşmasının bərabər olmadığına diqqət çəkən Süleyman "Hücumlardan birinin psixi problemlərdən qaynaqlandığı bildirilərkən, hücumçunun digəri üçün hücumu şüurlu şəkildə etdiyi ifadə edildi. Burada ciddi ədalətsizlik var”,- dedi.

Polisin istifadə etdiyi dilin vəziyyətə kömək etmədiyini qeyd edən Süleyman səlahiyyətlilərin fərqli münasibəti ilə bağlı narahatlıqlarını aidiyyəti  orqanlara çatdırdıqlarını, lakin aldıqları rəylərin inandırıcı olmadığını bildirib.

Xatırladaq ki, aprelin 13-də Sidneydə ticarət mərkəzində bıçaqlı hücum nəticəsində 6 nəfər həyatını itirib.  Hücum edən şəxs hadisə yerinə müdaxilə edən polis əməkdaşı Amy Scott tərəfindən vurularaq öldürülüb.

Avstraliya rəsmiləri hadisədən cəmi bir neçə gün sonra hücumun terrorla əlaqəsi olmadığını və “tək bir hərəkət” olduğunu bəyan etdilər.

Digər tərəfdən, yepiskop Mar Mari Emmanuel aprelin 15-də Sidneydəki Məsih Yaxşı Çoban Kilsəsində canlı yayımlanan ibadət zamanı hədəfə alınıb.  

Yepiskop və 3 nəfər yaralanıb, təcavüzkar isə tutulub.

Yeni Cənubi Uels polis rəisi bu hücumun "terror aktı" kimi araşdırılacağını açıqlayıb.

Hücumdan sonra əyalətdəki bəzi məscidlərin təhdid edildiyi açıqlanarkən, "terrorla mübarizə" əməliyyatları çərçivəsində hadisə ilə əlaqəsi olduğu iddia edilən 14-17 yaş arası 6 uşağın ələ keçirildiyi açıqlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla