AZ

"Azərbaycanşünaslığın aktual məsələləri" XV Beynəlxalq elmi-praktiki konfrans keçirilib - YENİLƏNİB - FOTOLAR

Mayın 2-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə - Yeni dövrün Azərbaycanı” mövzusunda XV beynəlxalq elmi konfrans keçirilib. SİA xəbər verir ki, tədbirdə Türkiyə, Rusiya, Varşava Universitetindən qonaqlar, deputatlar, politoloqlar Slavyan Universitetinin professor, müəllim heyəti, tələbələr iştirak ediblər.

Konfransın plenar iclası Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin açılış işi nitqi ilə başlayıb. Plenar iclasda həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı, Sosial-tədqiqatlar mərkəzinin idarə heyətinin sədri Zahid Oruc, Azərbaycan Respublikasının İqtisadi İslahatların təhlili və kommunikasiya mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Özbəkistan Respublikası Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abduqappor Qırğızbəyov, Türkiyə Respublikası İstanbul Mədəniyyət Universitetinin rektoru Gülfəddin Çelik çıxış ediblər.

Plenar iclas bədii hissə ilə başa çatıb. Konfrans işini “Qərbi Azərbaycan: tarix və maarifçilik”, “Multikultural cəmiyyətlər: Azərbaycan modeli”, “Yeni dövrün çağırışları”, “Cop 29: iqlim üzrə beynəlxalq əməkdaşlıqda Azərbaycanın artan rolu”, “Qloballaşan dünyada Azərbaycanın iqtisadiyyati və hüquq sistemi”, “Müasir dövrün filoloji təmayülləri” mövzularında təşkil olunan bölmələrdə davam etdirib.

Xatırladaq ki, konfransın regional bölməsi 20 may tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birlikdə Quba şəhərində təşkil olunacaq.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla