AZ

ABŞ Çinin üzən elektrik stansiyalarının təhlükəsindən narahatdır

ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Con Aquilino bildirib ki, Çin Cənubi Çin dənizindəki mübahisəli ərazilərdəki hərbi obyektləri enerji ilə təmin edəcək üzən atom elektrik stansiyaları (AES) üzərində işləri başa çatdırmağa yaxındır.

Bu barədə "Washington Post" yazıb .

"Çinin üzən atom elektrik stansiyalarından planlı şəkildə istifadə etməsi regionun bütün ölkələri üçün potensial nəticələrə səbəb ola bilər",-deyə Con Aquilino bildirib.

Onun narahatlığını Dövlət Departamenti bölüşür. Belə ki, nəşr anonim qalmaq istəyən Dövlət Departamentinin yüksək rütbəli rəsmisinin bəyanatına istinad edir.

"Bizim narahatlığımız ondan ibarətdir ki, onlar üzən atom elektrik stansiyalarını yerləşdirməyə nə qədər yaxınlaşsalar, onlardan ABŞ-nin milli təhlükəsizliyinə və regionda daha geniş təhlükəsizliyə zidd olan məqsədlər üçün bir o qədər tez istifadə edəcəklər",- o, yekunaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla