AZ

Sürücülük imtahanlarında şəffaflıq necədir? - EKSPERTLƏR ARASINDA SORĞU

Məlumdur ki, son zamanlar dəhşətli avtomobil qəzalarının ardı-arası kəsilmir. Bəs, bu nədən qaynaqlanır? Sürücülük imtahanlarında nəzarət necə olmalıdır? Hansı yenilik və təkliflərə açıq olmalıyıq? SİA mövzu ilə bağlı nəqliyyat ekspertlərinin fikirlərini öyrənib.

Nəqliyyat eksperti Aslan Əsədov: “Son vaxtlar sürücü-sərnişin, sürücülərin bir-biri ilə münasibəti və qəzaların artması sosial şəbəkələrdə, müxtəlif media orqanlarında işıqlandırılır. Sürücülük imtahanında şəffaflığın təmin olunması məsələsinin müzakirəsi də buradan qaynaqlanır.

Burada əsas başlıca məqsəd ondan ibarətdir ki, kim olursa-olsun, hər bir şəxs yol hərəkəti qaydalarını mənimsəməlidir. Bu bir aksiomadır və başqa cür müzakirə edilə bilməz. Belə olduğu təqdirdə, hər şey daha yaxşı olacaq. Əgər bunlara əməl edilməsə, şəffaflıq və qəzaların sayının azalmasından söhbət gedə bilməz”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə fikirlərini bu cür ifadə edib: “Sürücülük imtahanlarında şəffaflığın təmin olunub-olunmaması barədə müvafiq qurumlarda məlumatlar daha dolğun olar deyə düşünürəm.

İmtahanlarla bağlı təklif və irada gəldikdə isə mən burada sürücülük kursları mövzusuna toxunmaq istəyirəm. Sürücülük kurslarına nəzarət gücləndirilməlidir. Orada həqiqətən də sürücülük təlimləri yüksək ixtisaslı peşəkarlar tərəfindən aparılsın və sürücülük mədəniyyəti aşılansın”.

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla