AZ

Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında “Bakı KOB evi”ndə sahibkarlıqsubyektlərinə 80349 xidmət göstərilib ki, onlardan 72537-i (90,28%)dövlət qurumlarının (“G2B”), 7812-i (9,72%) isə özəl qurumların(“B2G”) xidmətləridir.

Biznes subyektlərinə göstərilmiş xidmətlərin 72 mindən çoxu 10dövlət qurumu tərəfindən təqdim edilib. “Bakı KOB evi”nə müraciətedən sahibkarlar daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə– 64133 (79,82%), İqtisadiyyat Nazirliyinin tabeliyində Antiinhisarvə İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə – 5778 (7,19%),Dövlət Vergi Xidmətinə – 1183 (1,47%), Fövqəladə Hallar Nazirliyinə– 297 (0,37%), Dövlət Gömrük Komitəsinə – 296 (0,37%) müraciətediblər.

Siyahıda növbəti yerləri İqtisadiyyat Nazirliyi, Dövlət MineralXammal Ehtiyatlarından İstifadə Agentliyi, Kiçik və Orta Biznesinİnkişafı Agentliyi (KOBİA), Azərbaycan Qida TəhlükəsizliyiAgentliyi və Kənd Təsərrüfatı Nazirliyi bölüşür.

Sahibkarlar adıçəkilən qurumlara biznes fəaliyyəti üçün zəruriolan yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmənişanı, taxoqraf kartları, lisenziya və icazələr, mənşə sertifikatıvə digər sənədlərin alınması, vergi və gömrük məsələləri ilə bağlımüraciət ediblər.

Qeyd edək ki, “Bakı KOB evi”ndə 50-yə yaxın dövlət və özəl qurumtərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan “G2B” və“B2B” xidmətlər göstərilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
11
Mənbələr
Şərh ()
Bağla