AZ

Tələbələr üçün təlim: Düşüncənin gücü

Bakı, 3 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin Psixoloji yardım sektoru tələbələr üçün “Düşüncənin gücü” mövzusunda təlim keçirib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, təlimdə düşüncənin insan həyatındakı rolu, duyğu və davranışlara təsiri, gündəlik həyatda istifadə edilən düşüncə xətaları (koqnitiv təhriflər) və onlarla mübarizə üsulları haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, gündəlik həyatda istifadə edilən koqnitiv təhriflər müxtəlif faktorlarla bağlı meydana çıxa bilər.

Tələbələrin müzakirə olunan mövzu ilə bağlı sualları cavablandırılıb, onlara gündəlik həyatda istifadə olunan koqnitiv təhriflərlə bağlı doğru mübarizə üsulları öyrədilib.

Sonda tələbələr öyrəndikləri mübarizə texnikalarını tətbiq etməklə neqativ düşüncələri daha funksional düşüncələrlə əvəz edən praktik çalışmalar yerinə yetiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla