AZ

Aston Martin Mayamidə 66 mərtəbəli yaşayış qülləsi tikib

Mayami şəhərində Aston Martin tərəfindən yeni 66 mərtəbəli yaşayış qülləsi tikilib istifadəyə verilib. Bu, Britaniyanın lüks idman avtomobil istehsalçısının yaşayış əmlak bazarına ilk girişidir.

391 mənzildən ibarət olan “Aston Martin Residences Miami” qülləsi Biskeyn körfəzinin sahilində, Mayami çayının mənsəbində yerləşəcək.

249 metr hündürlüyündəki binada hər biri şəxsi hovuzu və terrası olan yeddi penthaus, həmçinin birdən beş yataq otağına qədər dəyişən mənzillər var. Bina Bodas Mian Anger-in memarı Rodolfo Miani ilə birgə layihələndirilib və G&G Business Developments tərəfindən inşa edilib.

Obyektin rəsmi açılışı bu həftə baş tutub.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla