AZ

G7 Rusiya aktivlərinin tam müsadirəsindən imtina edib

G7

Rusiya aktivlərinin tam müsadirə edilməsi məsələsi artıq G7-nin gündəmində deyil.

Reyting.az
xəbər verir ki, bunu G7 ölkələrinin nümayəndələri bildiriblər.

“Financial Times” yazır ki, Ukrayna Rusiyanın aktivlərinin tam müsadirəsini tələb etsə də, G7 rəsmiləri bunun artıq gündəmdə olmadığını deyir və dondurulmuş aktivlərdən vəsait çıxarmağın alternativ yollarını axtarırlar.

Rusiya Federasiyasının dondurulmuş aktivlərinin tam müsadirə edilməsi ideyasının əleyhdarları bunun beynəlxalq hüquqda nəinki hər hansı bir ölkənin maraqlarını, həm də beynəlxalq hüquqi nizamı təhlükə altına qoya biləcək presedent yaratmaq riski kimi qiymətləndirirlər.

Qeyd olunur ki, Bayden administrasiyası Kanada və Böyük Britaniya hökumətinin bəzi üzvləri kimi müsadirə çağırışlarını dəstəkləsə də, Yaponiya, Fransa, Almaniya, İtaliya və Avropa İttifaqı məsələyə çox ehtiyatla yanaşır.

Məlumata görə, ən görkəmli skeptiklərdən bəziləri valyuta ehtiyatlarının oynadığı sabitləşdirici rolu tanıyan G7-nin mərkəzi bankirləridir. Həmçinin, İndoneziya və Səudiyyə Ərəbistanı kimi ölkələr Qərbdəki öz ehtiyatlarının gələcəyindən ehtiyat edərək, aktivlərini müsadirə etməmək üçün Avropa İttifaqı paytaxtlarına lobbiçilik edirlər.

Məqalədə qeyd olunur ki, digər hökumətlər, o cümlədən G7 ölkələri beynəlxalq hüququ pozacaq hər hansı addım atmaqda ittiham olunmaqdan qorxur. ABŞ isə iddia edir ki, Rusiyanın təcavüzkar müharibəsinə qanuni cavab tədbiri kimi aktivlərin tam müsadirəsi üçün hüquqi əsas var. Amma avropalılar qeyd edirlər ki, ABŞ-nın sərt mövqe tutması daha asandır, çünki Amerika Rusiyanın dövlət aktivlərinin cəmi 5 milyard dollarına sahibdir.

E. KAMAL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla