AZ

“Bu yarışın Suqovuşanda start götürməsi simvolik bir hadisədir“ - Əli Hüseynli

“Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi çərçivəsində bir çox tədbirlər keçirilir. Çox təqdirəlayiq bir haldır ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası da bu istiqamətdə yüksək səviyyədə tədbirlər həyata keçirir. 2022-ci ildən etibarən AKAF-ın təşkilatçılığı ilə “Prezident Kuboku” beynəlxalq reqatası baş tutur. Sevindirici haldır ki, hər il bu reqatada iştirak edən komandaların sayı artır. Bu il 21 ölkədən 30-a yaxın komanda iştirak edir. Bu yarışın işğaldan azad olunmuş ərazimiz olan Suqovuşanda start götürməsi simvolik bir hadisədir”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin birinci müavini Əli Hüseynli deyib.

“Digər tərəfdən avarçəkmə üzrə milli yığmamızın üzvü Diana Dımçenkonun “Paris 2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanması da bizim üçün qürurverici haldır. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyanın yeni rəhbərliyinin ilk böyük uğurudur. Bu nəticə göstərir ki, ölkəmizdə idman sahəsi yüksək səviyyədə inkişaf edir. Dövlətimiz də bu yolda gənclərə böyük dəstək verir. Ümid edirik ki, idmançılarımız olimpiyada da uğur əldə edəcəklər”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq