AZ

Rusiyalı alim Fizika İnstitutunda qonaq olub

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Dubnanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Azərbaycan üzrə əlaqələndiricisi, laboratoriya rəhbəri Yevgeni Yakuşev və BNTİ-də çalışan institutun əməkdaşı böyük elmi işçi Nazim Hüseynov qonaq olublar.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Qonaqlar institutun baş direktoru BNTİ-nin Azərbaycan üzrə tamhüquqlu fövqəladə və səlahiyyətli səfiri, akademik Arif Həşimovla görüşüblər. Görüş çərçivəsində Dubnada uzunmüddətli ezamiyyətdə olan azərbaycanlı alimlərin gördüyü işlər, gələcək əməkdaşlıq perspektivləri və s. müzakirə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla