AZ

Medvedev: “Sülh konfransı”nın Rusiyaya nə faydası olacaq?“

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin keçmiş prezidenti Dmitri Medvedev növbəti dəfə Ukrayna əleyhinə fikirər səsləndirib. 

News365.az TASS-a istinadən xəbər verir ki, o, Zelenskinin sülh planlarını sərt şəkildə tənqid edib.

"Sülh konfransı”nın Rusiyaya nə faydası olacaq? Ukrayna münaqişəsi ilə bağlı İsveçrədə təşkil olunacaq konfrans səfeh prezident Vladimir Zelenskinin “sülh planı”nın iflasa uğramasının növbəti sübutu olacaq. Rusiya bu təşəbbüsü nəzərə almayaraq, öz əzəli ərazilərini geri qaytarmaq üçün fəaliyyətini davam etdirəcək”,- o qeyd edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla