AZ

Bakıda opera sənətinin xarici ulduzları ilə klassik musiqi gecəsi keçirilib - FOTO

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı çərçivəsində Landmark Rotunda Zal səhnəsində xarici opera sənəti ulduzlarının iştirakı ilə "Klassik musiqi gecəsi" konserti keçirilib.

Xarici qonaqlar Vyaçeslav Vasilyev (Rusiya), Ripalta Bufo (İtaliya), Qiorgi Çelidze (Gürcüstan) və Azərbaycanın Xalq Artisti Fidan Hacıyeva, Əməkdar Artist Anton Ferştandt, solistlər Aysel Abdullayeva, Adil Həsənov, Mahir Tağızadə, Orxan Cabbarov, Anar Həmidli, Aysu Əliyeva, Mehriban Kazımova, Alina Litvinova, Altun Süleymanov, Fəxmin Əhmədlinin çıxışları alqışlarla qarşılandı tamaşaçılar.

Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə birinci Beynəlxalq Opera Festivalı 27 aprel-3 may tarixlərində keçirilir. Yeddi gün ərzində Bakı və Gəncənin müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim olunur.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.World
 

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
22
Mənbələr
Şərh ()
Bağla