AZ

BMT GÜRCÜSTAN HÖKUMƏTİNİ XARİCİ AGENTLƏRLƏ BAĞLI QANUN LAYİHƏSİNİ GERİ GÖTÜRMƏYƏ ÇAĞIRIB

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, Gürcüstan hökuməti xarici agentlərlə bağlı qanun layihəsini geri götürməli və müxalifətlə dialoqa başlamalıdır.

Tezadlar.az bu barədə “İnterfaks”-a istinadən xəbər verir.

“Gürcüstan hakimiyyətini qanun layihəsini geri götürməyə və vətəndaş cəmiyyətləri və media qurumları da daxil olmaqla dialoqa getməyə çağırıram. Etiraz aksiyaları zamanı güc tətbiqi yalnız istisna hal kimi mümkündür və gözlənilməz təhlükə zamanı son çarə olmalıdır”, - deyə Türk bildirib.

Onun sözlərinə görə, xaricdən maliyyə alan QHT və media qurumlarını xarici agent kimi qələmə vermək “ifadə azadlığı hüququnu təhdid edir”.

Bundan əvvəl “Politico” Gürcüstan hakimiyyətini xarici agentlər haqqında qanunun qəbuluna dəstək olaraq dövlət işçilərindən hökumətyönlü aksiyalarda istifadə etməkdə ittiham edib.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla