AZ

“Ən yüksək modernli şirkətlərin Azərbaycanın hərbi sənayesi ilə qarşılıqlı fəaliyyətinin həyata keçirilməsi qaçılmazdır” - Hərbi ekspert

Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni törəmə şirkəti “Turkish Aerospace Azerbaijan”ın yaradıldığını açıqlayıb. Bu barədə şirkətin məlumatında bildirilib.

Qeyd edilib ki, məqsəd Azərbaycan daxilində, xüsusən beşinci nəsil qırıcı KAAN-ın modernləşdirilməsi proqramı üzrə işgüzar əməkdaşlığı dərinləşdirməkdir. KAAN milli döyüş təyyarələri layihəsində əməkdaşlıq sayəsində Azərbaycan Türkiyə ilə təkcə Silahlı Qüvvələr baxımından deyil, bütün müdafiə-sənaye kompleksi baxımından daha sıx işgüzar əlaqələrə yeni addım atacaq.

Bu əməkdaşlığın nə kimi üstünlükləri olacaq?

Ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn Herbiand.az-a bildirib ki, TUSAŞ şirkətinin Azərbaycanda iki gün öncə rəsmi açılışı haqqında şirkətin rəhbəri, genel müdiri Uğur Gilan açıqlama verib:

“Bu açıqlamaya əsasən, Azərbaycan və Türkiyə hərbi müdafiə sənayesinin birgə fəaliyyəti üzrə əvvəlcədən təyin olunmuş qarşılıqlı təmas üzərində iş aparılır. Bildiyimiz kimi, şirkətin aparıcı və qabaqcıl nailiyyətləri var. Bu istiqamət üzrə Azərbaycanda ordunun Türkiyə modelinə keçidi, yaxud yüksək NATO standartlarından yuxarıda qurulan kosmik hərbi-hava sisteminin yeni qüvvələrinin yaradılması proqramı həyata keçirilir. Cənab Prezidentin orduda apardığı aparıcı işlərdən biri də müasir tipli ən yüksək arsenallı ordu sisteminin qurulmasına töhfə verəcək addımların atılmasıdır”.

Ehtiyatda olan polkovnik-leytenant qeyd-edib ki, Azərbaycan bir sıra ölkələrlə sərbəst şəkildə hərbi strategiyasını və silahlanmasını həyata keçirir:

“Azərbaycanın özünün fərdi olaraq istər taktiki-strateji cəhətdən, istər operativ cəhətdən silahları tətbiq etmə, döyüş düzəni, döyüş nizamnaməsinə uyğun fəaliyyəti həyata keçirilir. Bütün bu fəaliyyət 44  günlük Vətən müharibəsində aparılan döyüş əməliyyatlarında, sonra qısa zamanda keçirilən lokal anti terror və digər antiterror tədbirləri nəticəsində ehtiyac duyulan insan itkilərini azaldacaq, düşmənə maksimum itkilər verəcək şəkildə həyata keçirilir. Biz Vətən müharibəsi dövründə düşmənin betonlaşdırılmış sədlərini gördük. Bu sədlərin sıradan çıxarılması üçün yüksək texnologiyalara ehtiyac duyulurdu”.

Elmar Hüseynin sözlərinə görə, Azərbaycan ordusunun modernləşdirilməsi bölgədə sabitliyin saxlanmasına xidmət edir:

“Qloballaşan, müharibələrlə və sürprizlərlə dolu olan dünyanın hərbi siyasətini, dünyanın bir-birinə qarşı olan digər təhdidlərin qarşısını almaq üçün Azərbaycan ordusu istənilən təhdidin qarşısını almağa qadir olmalıdır. Bunun üçün mütləq şəkildə aerokosmik məlumatlar, hətta lazım gəlsə kosmik müharibələrin qarşısını alacaq şəkildə hazırlıqlı olmaq lazımdır. Cənab Prezidentin apardığı ordu islahatları və ən yüksək modernli şirkətlərin Azərbaycanın hərbi sənayesi və Müdafiə Nazirliyi ilə qarşılıqlı əlaqədə fəaliyyətinin həyata keçirilməsi qaçılmazdır. Bildiyimiz kimi, Azərbaycan Silahlı Qüvvələri dörd əsas hissədən ibarətdir. Bu əsas hissələr daxili qoşunlar, sərhəd qoşunlarımız, hətta Fövqəladə Hallar Nazirliyi artıq bu sistemə keçir. Bundan başqa pilotsuz uçan aparatlar və dronlardan istifadə etməklə təhlükənin qarşısının alınması, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyi qurumlarının özəlliklə yerinə yetirdiyi fəaliyyətlər var. Bu, fəaliyyətlərə xidmət edən daha müasir kəşfiyyatın aparılması və hədəflərin aşkarlanıb məhv edilməsi, ROKETSAN hava sistemlərinin qurulması zərurəti ilə daha münasib bilinən və ordumuz üçün, Azərbaycanın daha inkişaf etməsi üçün lazım olan bir tədbirdir”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla