AZ

Dollara tələbat AZALDI – Manatı hansı aqibət GÖZLƏYİR?

Ötən gün – 2 may tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya tələb 73,5 milyon dollar təşkil edib. Beləliklə də bundan əvvəlki – 30 aprel tarixində keçirilən sonuncu hərracla müqayisədə valyutaya tələb 3,6 milyon dollar azalıb.

Halbuki, 30 aprel tarixində keçirilən hərracda 77,1 milyon dollar həcmində valyuta satılıb. Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 31 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 2 milyard 483,3 milyon dollar satılıb. Dollara tələbat əsasən fevral ayında artıb. Martın 5-dən isə tələbat tədricən aşağı düşüb. Hazırda fevral ayı ilə müqayisədə dollar olan tələbat 30 faizədək azalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana xaricdən pul köçürmələri 2.8 milyard manat azalıb


Bəs, dollara tələbatın azalma səbəbi nədir?

Suala iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, son bir ayın statistikasına baxsaq, görərik ki, dollara tələbat xeyli azalıb:

“Hətta fevral ayı ilə müqayisədə dollar təlabat 10-15 faiz, bəzi günlərdə isə daha çox aşağı düşüb. Bu da normal prosesdir. Xatırlayırsınızsa, fevral ayında dollar tələbat artanda bəzi mətbuat orqanları “SOS” verdi. Həyəcan təbili çalmağa başladılar ki, dollar artan təlabat manatı məzənnədən salacaq. Amma biz iqtisadçılar o zaman da bildirmişdik ki, tələbatın artıb azalmasını manatın məzənnəsinə heç bir aidiyyatı yoxdur. Bu sırf bazar münasibətlərinin təzahürüdür. 

Bildiyimiz kimi, yanvarın sonundan başlayaraq infrastruktur və digər layihələrinin icrası üçün büdcə vəsaitinin verilməsinə başlanılır. Üstəlik, dövlətimiz Qarabağda və Şərqi Zəngəzudra Böyük Qayıdış layihəsini icra edir. Bunlarsa əsasən dövlət vəsaiti hesabına reallaşır. Bu və digər layihələrin icrasında da təbii ki, idxal mallarından istifadə edilir. Nəzərə alaq ki, yeni ilin büdcəsindənsə ayırmalar əsasən fevralda olur. Ona görə də bu ayda dollara tələbat xeyli artır. Mart ayında  isə təlabat səngiyir. Artıq ikinci aydır ki, fevral ayına nisbətən dollara tələbat xeyli aşağı düşüb”.

Manatın məzənnəsinə gəlincə...

Fuad İbrahimov onu da qeyd edib ki, büdcə vəsaitlərinin xərclənməsindəki impulsiv dalğa hələ bir müddət zəif olacaq:

“Ola bilsin ki, yay aylarının sonunda dollara tələbat yenidən bir qədər artsın. Amma bu uzun müddətli olmayacaq. Payızda tələbat yenidən aşağı düşəcək. Bir daha deyirəm ki, tələbatın artıb-azalmasının iqtisadi əsasları var. Artan tələbatın və yaxud azalmanın manatın və yaxud dolların məzənnəsinə heç bir dəxli yoxdur. Manatın məzənnəsini müəyyən edən şərtlər tamam başqadır”.

Surxay Atakişiyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla