AZ

Rusiya Nigerdə nəzarəti ələ keçirir

Nigeri tərk edən ABŞ hərbçilərinin yerini ruslar tutmağa başlayıb.

Bununla bağlı Niger mətbuatının yazdığına görə, ABŞ-ın tərk etdiyi hərbi hava bazasında ruslar yerləşdirilib. Bunun Niger hökumətinin razılığı ilə həyata keçirildiyi iddia edilir.

Məsələyə münasibət bildirən Pentaqonun şefi ABŞ əsgərlərinin tərk etdiyi 101 saylı hərbi hava bazasında rusların yerləşdirildiyi faktını təsdiq edib. Ostin eyni zamanda bildirib ki, rusların ABŞ texnikasına çıxışı yoxdur və onlar vəziyyətə nəzarət edirlər.

Ostin Nigerdəki rus əsgərləri ilə ABŞ hərbçiləri arasında hər hansı bir qarşıdurma təhlükəsinin olmadığını bəyan edib.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
30
Mənbələr
Şərh ()
Bağla

Reytinq