AZ

Komitə rəsmisi: "Bəzən xəbər başlıqlarında sensasiya yaradan sözlərdən istifadə edirlər"

“Media sahəsində aparılan islahatlar artıq öz effektini verməkdədir. Son dövrlərdə mətbuatda cinayət, intihar halları ilə bağlı yayılan xəbərlər rəsmi mənbələrə istinadla dərc olunur”.

E-huquq.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forumu çərçivəsində “Sosial məsələlər və həssas mövzuların mediada düzgün işıqlandırılması” adlı panel sessiyasında çıxışı zamanı deyib.

“Əksər media qurumları cinayət və intihar halları ilə bağlı məlumatlar Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və digər rəsmi qurumların məlumatı əsasında yayımlanır. Bu sahədə müsbət tendensiya var. Lakin bəzi xəbər başlıqlarında sensasiya yaratmaq üçün “şok”, “dəhşət” və s. kimi sözlərdən, əzabı göstərən fotolardan istifadə olunur”, - deyə bildirib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla