AZ

Bu ilin sonuna qədər Ağdamın üç kəndinə köçürüləcək ailələrin sayı açıqlandı

Ağdam. Trend:

Bu gün işğaldan azad olunmuş əraziləri minalardan təmizlənir.Yeni və müasir şəhərlər tikilir, mədəni abidələr bərpa edilir.Diqqətə çatdırmaq istəyirəm ki, 2026-ci ilin sonunadək AğdamınXıdırlı kəndində 719, Sarıcalı kəndində 203, Kəngərli kəndində isə292 evin tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Trend xəbər verir ki, bu sözləri BMT-nin Qarabağ iqtisadirayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonuistisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsininmüavini Bəşir Hacıyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuçərçivəsində Ağdam şəhərində keçirilən "Minaların və partlamamışhərbi sursatların mədəni mülkiyyətə təsiri" adlı xüsusi sessiyadaçıxışı zamanı deyib.

Qeyd edək ki, Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizliknaminə dialoq” mövzusunda VI Mədəniyyətlərarası Dialoq Forumununiştirakçıları işğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər.Forum çərçivəsində Ağdam Konfrans Mərkəzində “Minaların vəpartlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusundaxüsusi sessiya keçirilir.

Sessiyaya Azərbaycan Respublikasının UNESCO yanında daiminümayəndəsi, səfir Elman Abdullayev moderatorluq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
7
Mənbələr
Şərh ()
Bağla