AZ

Yolda küçə ticarətiylə məşğul olan şəxspiyadaların hərəkətini məhdudlaşırır- VİDEO

Binəqədi rayonu Rəşid İsmayılov küçəsində yolun hərəkət hissəsində küçə ticarəti ilə məşğul olan şəxs piyadaların səki ilə hərəkəti məhdurlaşdırır.
Bu barədə ərazidə yaşayan sakinlərdən biri Avtosfer.az-a videomaterial göndərib. 
Onun sözlərinə görə, meyvə-tərəvəz almaq üçün piştaxtalara yaxınlaşan insanlar səkidə dayanır və bu zaman piyadaların yolunu kəsir. 
Nəticədə ərazidən keçən piyadalar yolun hərəkət hissəsinə çıxır ki, bu da təhlükə yaradır. 
Şikayətçi bildirib ki, küçə ticarəti ilə məğul olan şəxs yararsız, çürük meyvə-tərəvəzlərin tullantılarını, plastik paketləri və kartonları yerə atdığı üçün ərazidə antisanitariya şəraiti də hökm sürür. 
Qeyd edək ki, Bakı şəhərində səyyar (mövsümi) ticarət və xidmətlərin aparılması Qaydalarının 2.2-ci bəndində qeyd olunur ki, səyyari (mövsümi) ticarət və xidmət küçələrin, səkilərin hərəkət hissəsində həyata keçirilə bilməz.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunsuz küçə ticarəti, yəni Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə fiziki şəxslər 80 manat məbləğində cərimə edilir.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
Mənbələr
Şərh ()
Bağla