AZ

Canlı yayım zamanı Mətanətin mikrafonu söndürüldü - Video

Müğənni Mətanət Əsədova ona sosial şəbəkədə təhqir yağdıran  şəxsdən söz açıb. 

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, o, "Xəbərin var?" maqazin verilişində həmin şəxsi məsuliyyətə cəlb etdiyini bildirib:

"Bu hadisə çoxdan olub. O şəxsin 19-20 yaşı vardı. Üzünə baxanda əxlaqdan və tərbiyədən başqa nə desən vardı. Haqqımda sosial şəbəkələrdən paylaşımlar edirdi: "MMətanəti tanıyıram... Bilirsiniz o kimdir? Mən Mətanətin filankəsənini tanıyıram..." Söyüşün biri 1 qəpikdən...

Hüquq-mühafizə orqanları onu tapdılar. Məhkəmə oldu. Ona vaxt verib söylədim ki, bütün işin əlimdədir. Səni bağışlaya da, sənə qarşı da gedə bilərəm. Səni bu işlərə kim cəlb edib. Ad ver...".  

Bu anda efir rejissoru Mətanətin mikrofonunu söndürüb. Ardınca Əsədova fikirlərini belə davam edib: 

"O şəxs 6 ay cəzasını çəkdi. Sonra gəlib söylədi ki, Allah Mətanət xanımdan razı olsun. Başqa detallar var, açıb demək istəmirəm. Başqa şəxslər də bir müğənninin əli ilə zəng edib söyüşlər söyürdü. Onları da tapmışam. Biz elə bir dövrdə yaşayırıq ki, "fake" səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar". 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
15
Mənbələr
Şərh ()
Bağla