AZ

Əlillərə dövlət himayəsi genişlənir

Bərpa vasitələrinin sayı 57-dən 81-ə çatdırılacaq

Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi sahəsində növbəti addım olaraq həmin şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı daha da genişləndiriləcək. XQ-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu barədə qurumda keçirilən kollegiya iclasında bildirilib.

Əmək və əhalinin sosial müdafiə­si naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətində əlilliyi olan şəxslərin sosial müdafiəsinin və reabilitasiya xidmətləri ilə təmin olun­masının mühüm yer tutduğunu vurğula­yıb. Bu sahədə atılan addımlardan bəhs olunmaqla, həmçinin son beş ildə rea­bilitasiya sisteminin müasir tələblərə uy­ğun qurulduğu qeyd edilib. Görülən işlər nəticəsində reabilitasiya xidməti göstə­rilən əlillərin illik sayının 7,3 dəfə artdığı diqqətə çatdırılıb. Həmin şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısına 2020-ci ildə nazirliyin təklifləri əsasında 23 rea­bilitasiya növünün əlavə edildiyi bildirilib. 

Qeyd olunub ki, hazırlanmış yeni təkliflərdə həmin siyahıdakı reabilitasi­ya vasitələri növlərinin sayının 57-dən 81-ə çatdırılması nəzərdə tutulur. Əmək qanunvericiliyinin təkmilləşdirilməsi təd­birlərinin davam etdirildiyi, bu məqsədlə Əmək Məcəlləsinə yeni dəyişiklik la­yihələrinin hazırlandığı diqqətə çatdırılıb. Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar işəgötürənlər və sosial tərəf­daşların nümayəndələri ilə birgə Bakı və müxtəlif bölgələrdə keçirilən maarifləndir­mə tədbirlərindən bəhs olunub.

Ötən il 141, bu ilin ilk rübündə 35 uşağın övladlığa götürüldüyü, reinteqra­siya tədbirləri nəticəsində 2023-cü ildə 177, cari ilin 3 ayında 39 uşağın sosial xidmət müəssisələrindən öz bioloji ailələ­rinə qaytarıldığı bildirilib. Habelə sosial dəstək mexanizmlərindən istifadə olun­maqla və maarifləndirmə tədbirləri ilə bu ilin yanvar–mart aylarında 62 uşağın ailələrindən dövlət uşaq müəssisələrinə verilməsinin qarşısının alındığı qeyd olu­nub.

Hazırda 50-dən çox sosial ödəniş növünün təyinatının elektron sistemlər üzərindən proaktiv qaydada aparıldığı bildirilib. Uşaqlara görə erkən pensiya hüququ olan şəxslərə pensiya təyinatının da proaktivləşdirilməsinin nəzərdə tutul­duğu, bununla bağlı qanuna dəyişiklik layihəsinin hazırlandığı diqqətə çatdırılıb. İki və daha artıq pensiya növünə hüququ olan şəxsə bu pensiyalardan ən yüksək məbləğdə olanının proaktiv təyin edilmə­si mexanizminin də hazırlanacağı vurğu­lanıb. Bildirilib ki, son illərdə 1064 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib və e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”nə yerləşdirilib, bu il üçün 300 yeni standartın da hazırlanması nəzərdə tutulub. Nazirlik tərəfindən ictimai iaşə və qida, maliyyə, emal və kənd təsərrüfatı sahələri üzrə daha 54 standart hazırla­nıb. Kollegiyada həmin yeni standartlar müzakirə edilərək təsdiqlənib.

İclasda əmək siyasəti, övladlığagö­türmə, sosial sığorta və pensiya, əlillik, reabilitasiya və s. sahələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olu­nub. Həmçinin autizmli gənclərin, onların ailə üzvlərinin məşğulluq imkanlarının ar­tırılmasına dəstək məqsədi daşıyan pilot layihə təsdiq edilib.

Z.BAYRAM
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
2018
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
1708
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
1355
Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
1205
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
1077
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
923
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
713
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
700
Röyanın biabırçı videosu yayıldı
652
Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
558
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
541
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
526
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
519
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
513
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
504
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
476
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı
399
Sabah 20 dərəcə isti olacaq
397
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir - FOTO 
348
Xanım fanatı azərbaycanlı müğənniyə “Porsche” bağışladı - VİDEO
331