AZ

Asiya İnkişaf Bankı sosial layihələri dəstəkləyir

Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Asiya İnkişaf Bankı (AİB) arasında uğurlu əməkdaşlıq həyata keçirilib, önəmli birgə layihələr icra olunub. Bu barədə nazirlikdə AİB-in sektorlar qrupunun İnsan və Sosial İnkişaf sektoru ofisinin direktoru Sofia Şakilin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əmək və sosial müdafiə sahələrində aparılan isla­hatlar və əldə olunan uğurlar barədə mə­lumat verib. Dövlət sosial xidmətlərinin, eləcə də məşğulluq xidmətlərinin rəqəm­sal müstəvidə qurulması proqramının na­iliyyətləri diqqətə çatdırılıb. 

Aktiv məşğulluq proqramlarının ge­nişləndirilməsi istiqamətində atılan ad­dımlardan bəhs olunub. Peşə hazırlığı sisteminin təkmilləşdirilməsi, işçi qüvvə­sinin bacarıqlarının inkişaf etdirilməsinə yönələn layihələr, işğaldan azad olun­muş ərazilərimizə köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirlərindən danışılıb. Aparılan islahatlar prosesin­də, habelə məşğuluq sahəsində AİB-lə əməkdaşlığın davam etdirilməsinə önəm verildiyi bildirilib.

S.Şakil ölkəmizdə əmək bazarı, məş­ğulluq və sosial müdafiə sahələrində həyata keçirilən islahatların təqdirəlayiq olduğunu və əməkdaşlığın davamlı xa­rakter almasından məmnunluğunu ifadə edib.

Görüşdə məşğulluq proqramlarının icrası, karyera məsləhəti xidmətlərinin təşkilində bacarıqların müəyyən edilməsi ilə bağlı diaqnostik alətlərin hazırlanması, peşə hazırlığı mərkəzlərinin infrastruktu­runun təkmilləşdirilməsi və s. istiqamət­lərdə gələcək əməkdaşlıq məsələləri mü­zakirə olunub.

Qeyd edək ki, Sofia Şakilin başçılıq etdiyi nümayəndə heyəti ilə bundan ön­cəki görüşdə nazir müavini Anar Əliyev DOST Konsepsiyası, aktiv məşğulluq proqramları, həssas qrupların rifahına yönəlik sosial dəstək tədbirləri barədə məlumat verib. İslahatlar prosesində AİB-lə əməkdaşlığa xüsusi önəm veril­diyi bildirilib. Təşkilatın Azərbaycan üzrə “Ölkə tərəfdaşlıq strategiyası”, habelə digər layihələr üzrə ötən dövrdə görül­müş birgə işlərin əhəmiyyətindən bəhs olunub. 

Mərasimdə işçi qüvvəsinin bacarıqla­rının inkişaf etdirilməsinə, sosial müdafiə sahələrində islahatlara, peşə hazırlığı sisteminin təkmilləşdirilməsi işlərinə, bu sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Zərifə HÜSEYNOVA
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
6
Mənbələr
Şərh ()
Bağla