AZ

Latviyada spirtli içkilərdən istifadə məhdudlaşdırılacaq

Latviyada spirtli içkilərdən istifadənin məhdudlaşdırılmasını nəzərdə tutaqn qanun layihəsi hazırlanır. Buna səbəb Latviyanın dünyada ən çox spirtli içkilər istifadə edən ölkələr arasında Çexiya ilə birinci-ikinci yerləri bölüşdürməsidir.

Özü də Latviyada spirtli içkilər qəbul edənlərin sayı durmadan artmaqda davam edir. Bu isə ölkənin ictimai-siyasi həyatına, iş prosesinə mənfi təsir göstərir. Böyüklərin spirtli içkilərdən kütləvi şəkildə istifadə etməsi məktəblilərin da ona yoluxmasına səbəb olub. Bu isə böyüməkdə olan gənc nəslin fiziki inkişafına ağır zərbə vurmaqdadır.

Bütün bunları nəzərə alaraq hazırlanan yeni qanun layihəsində Latviyada spirtli içkilərin günün müxtəlif vaxtlarında, xüsusui ilə iş vaxtlarında əhali arasında istifadəsinin məhdudlaşdırılması, məktəblilərə spirtli içkilərin satılmaması və digər daha sərt tədbirlər nəzərdə tutulub.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla