AZ

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Texasın

Bakı, 3 may, AZƏRTAC

Texasın şərqində, o cümlədən Hyuston bölgəsində daşqınlar səbəbindən insanların təxliyə olunması barədə göstəriş verilib.

AZƏRTAC “ Fox weather” saytına istinadla xəbər verir ki, ən güclü yağış Hantsvill şəhəri də daxil olmaqla, Conroe gölündən Livinqston gölünə qədər olan əraziyə yağıb. Texasın şərqində, eləcə də Hyuston bölgəsində bir sıra məktəblər bu gündən etibarən bağlanılıb.

Hyuston meri Con Vitmir digər şəhərlərin rəsmiləri ilə birgə keçirdiyi mətbuat konfransında cümə günündən başlayaraq daşqınların daha da güclənə biləcəyi barədə xəbərdarlıq edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla