AZ

Rus hərbçiləri ABŞ bazasına daxil oldu - Afrikada nə baş verir?

Avropa İttifaqına üzv dövlətlərin Azərbaycana minatəmizləmə sahəsində ən son töhfələri açıqlanıb.

APA xəbər verir ki, bu barədə Bakıda keçirilən “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” adlı tədbirdə bildirilib.

Qeyd olunub ki, İtaliya BQXK-ya əməliyyat ianəsi üçün 500 000 avro, Almaniya Cənubi Qafqazda minaların qadağasını və Ottava Konvensiyasına qoşulmağı təşviq edən layihə üçün 560 000 avro, Fransa ANAMA-ya metal detektorları və 310 minatəmizləmə dəstinin verilməsi üçün 500 000 avro, Sloveniya ANAMA ilə 2022-ci ilin aprelində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində 50 000 avro, Estoniya BQXK tərəfindən aparılan minalardan təmizləmə fəaliyyətlərinə 50 000 avro, Macarıstan ANAMA-ya əməliyyat ianəsi üçün 25 000 avro, Belçika APOPO-nun minalardan təmizləmə fəaliyyətinə dəstək üçün 250.000 avro ayırıb. Xorvatiya isə Azərbaycana mina aşkarlayan itlər verib.

Aİ Üzv Dövlətlərinin ümumi məbləği təxminən 2,75 milyon avro olan planlaşdırılmış əlavə töhfələri isə İtaliya, Almaniya, Fransa, Xorvatiya, Hollandiya və Litva verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
Mənbələr
Şərh ()
Bağla