AZ

Prezident İlham Əliyev: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Bakı. Trend:

Avropa İttifaqı üzv dövləti və Şərq Tərəfdaşlığı proqramınıntəşəbbüskarı kimi Polşanın bütün Cənubi Qafqazı əhatələyən regionaləməkdaşlığı təşviq edən Avropa İttifaqının siyasətininformalaşmasına xidmət göstərən mövqeyini yüksəkqiymətləndiririk.

Trend xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlhamƏliyevin Polşa Prezidenti Andjey Dudaya bu ölkənin KonstitusiyaGünü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Andjey Dudaya və onun simasında bütün Polşa xalqına öz adındanvə Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoşarzularını çatdıran dövlətimizin başçısının məktubunda qeyd edilib:“Azərbaycan ilə Polşa arasında dostluq və qarşılıqlı hörmətənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluqdoğurur. İqtisadiyyat, nəqliyyat, mədəniyyət və digər sahələrdədinamik inkişaf edən əməkdaşlığımız ölkələrimizin və xalqlarımızınmənafelərinə xidmət edir”.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki,Azərbaycan-Polşa əlaqələrinin mövcud potensialınınreallaşdırılması, iki ölkə arasında əməkdaşlığın əhatə dairəsiningenişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi naminə birgəsəylər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
20
Mənbələr
Şərh ()
Bağla