AZ

Avropa İttifaqı qorxur ki...

Avropa İttifaqı qorxur ki, dondurulmuş Rusiya aktivlərini girov qoysalar, danışıqlar zamanı lazım gələrsə, onları geri qaytara bilməyəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazır.

“Əgər sülh danışıqları aparılarsa... elə bir vəziyyət yarana bilər ki, Rusiya dondurulmuş aktivlərinin qaytarılmasını tələb etsin və bunun müqabilində Ukraynaya ərazi güzəştlərinə razı olsun”, - materialda deyilir.

Adının açıqlanmasını istəməyən bir alman məmurunun sözlərinə görə, girov qoyulan aktivləri geri qaytarmaq mümkün deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla