Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan avarçəkmə üzrə "Prezident kuboku" beynəlxalq reqatası davam edir.

Sport24.az xəbər verir ki, Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışda Azərbaycan millisi medallarının sayını artırıb.

Təmsilçilərimizdən İbrahim Məmmədzadə və Sərhad Fərhadlı 2010-2011 təvəllüdlü idmançılar arasında iki nəfərlik kayakda 200 m məsafəyə yürüşdə üçüncü yeri tutublar.

Qiyas Əhmədov - Vacib Babayev cütlüyü isə yenidən fəxri kürsüyə yüksəlib. Onlar 2008-2009 təvəllüdlü idmançılar arasında 200 m məsafəyə kayak yarışında gümüş medala yiyələniblər.

Qeyd edək ki, "Prezident kuboku" beynəlxalq reqatası bu gün başa çatacaq.