AZ

“Ölkə tiranlığa doğru sürüklənir“ - Erməni deputat

Ermənistanda demokratiya ilə bağlı vəziyyət xeyli pisləşib. News365.az xəbər verir ki, bunu "Hayastan" fraksiyasının deputatı Artura Xaçatryan parlamentdə çıxışı zamanı deyib. Deputatlar parlamentdə hüquq müdafiəçisinin fəaliyyəti, insan hüquq və azadlıqlarının müdafiəsinin vəziyyəti haqqında illik hesabatı müzakirəyə çıxarıblar. 

Mövzu ilə bağlı fikirlərini bildirən Artur Xaçatryan ökənin tiranlığa doğru getməsindən gileylənib: “Keçən il biz bu sahədə çöküş müşahidə etdik. Demokratiya mövzusunda qürur duyacağımız bir şey yoxdur. Təhqir, söyüş söyməklə bağlı cinayət məsuliyyəti tətbiq edildi, xeyli vətəndaş zorla saxlanıldı, insanlar alçaldıldı", - deyən deputat insanların hüquqlarının pozulması ilə bağlı digər faktları da göstərib.

O həmçinin qeyd edib ki, "Reallığa baxmaq lazımdır və deputatlar Ermənistanın demokratiyanın qalası olmasını, yoxsa tiranlığa doğru sürüklənməsini görməlidirlər. Ermənistan tiranlığa doğru gedir".

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla